Qol güləşi üzrə ölkə kuboku 

Dekabrın 10-11-də Bakı Gənclər Evində qol güləşi üzrə ölkə kuboku yarışı və Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) 2022-ci ilin yekunlarına dair hesabat xarakterli tədbiri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, federasiya rəhbərliyi ölkənin bütün şəhər, rayon və regionlarında fəaliyyət göstərən 40-a yaxın nümayəndəlik rəhbərlərini, məşqçiləri və idmançıları bu yarışda ən fəal şəkildə iştirak etməyə çağırıb.

Yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər, eləcə də veteran və əlil idmançılar da iştirak edəcəklər. Ölkə kubokunda 13 çəki dərəcəsi üzrə keçiriləcək yarışlarda iki qolda ümumilikdə 78 idmançı medallar uğrunda mübarizə aparacaq.

Qaliblər “Iron Maxx Azərbaycan” şirkətinin sponsorluğu ilə AQGF-in prezidenti Cəsarət Əhmədov tərəfindən idman qida əlavələri ilə mükafatlandırılacaqlar. Həmçinin idmançılara “Iron Maxx” idman köynəkləri hədiyyə olunacaq.

İlin yekun nəticələrinə əsasən, ən məhsuldar fəaliyyət göstərən nümayəndələr və məşqçilər fəxri fərman və pul mükafatı ilə təltif olunacaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish