- Baxış sayı: 64
- 15 İyun 2025 19:55
- Baxış sayı: 122
- İyun 15, 2025
- 0
Gürcüstanın Qori şəhərində cüdo üzrə böyüklər arasında Avropa kuboku start götürüb. Allsport.az xəbər verir ki, ilk yarış günündə milli komanda 3 medal qazanıb.
66 kq çəki dərəcəsində Nazir Talıbov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəkidə mübarizə aparan Babarəhim Mirzəyev gümüş medala yiyələnib.
73 kq-da tatamiyə çıxan Nəriman Mirzəyev isə bürünc medal əldə edib.
Turnirdə 15 ölkədən 169 cüdoçu qüvvəsini sınayır.