- Baxış sayı: 41
- 01 Oktyabr 2024 14:45
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Azərbaycan Taekvondo Federasiyası və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən “Koreya səfiri” kuboku başa çatdı. Allsport.az saytı xəbər verir ki, sayca 2-ci dəfə düzənlənən yarış Quba Olimpiya Kompleksində baş tutub. Budəfəki turnirdə ölkəmizdə fəaliyyət göstərən taekvondo bölmə və klublarından müvafiq hazırlıqlı 2003-2005-ci il təvəllüdlü 200-dək yeniyetmə idmançılar qüvvəsini sınayıblar.
Yarışın təşkil edilməsində əsas məqsəd ölkədə taekvondo idman növünün təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır. Ümumilikdə, yeniyetmələrin sağlam həyat tərzi üçün idmanla məşğul olması da əsas məqsədlər sırsına daxildir. Xatırladaq ki, “Koreya Səfiri” kubokunun keçirilməsinə ötəl ildən başlanmışdır. Bu turnir ilk dəfə Qəbələ şəhərində təşkil olunub.
Yarışın açılış mərasimində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Cənubi Koreya respublikqasının ölkəmizdəki səlahiyyətli səfiri Kim Çanq-gyu və Quba şəhər İcra hakimiyyətinin başçısı Yaşar Məmmədov iştirak ediblər.
İlk öncə hər iki ölkənin himni səsləndirildi. Sonra taekvondoçular qarşısında nitq söyləyən Nağı Səfərov fəxri qonaqları və idmançıları salamlayaraq yarışın mahiyyətindən, Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafında müstəsna xidmətini qeyd edərək idmançılarımızın dünya arenalaırnda əldə etdiyi nəticələrdən söz acmışdır. Taekvondoçularımızn 2015-2016 ci illərdə dünya və avropa çempionatlarında, dünya kubokuna sahib olmağının, eləcə də Rio-2016 Yay Olimpiya Oyunlarında 1-qızıl, 2-bürünc medal qazanmasının təsadüfü olmadığını tamaşaçıların nəzərinə çatdırdı.
Koreya respublikasının səfiri Kim Çanq-gyu isə yarışın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə və Quba şəhər icar başçısı Yaşar Məmmədova minnətdarlığını bildirdi. Taekvondo növünün ölkəmizdə sürətlə inkişaf etdiyini qeyd edən səfir, son iki ildə milli komandanın qazandığı qələbələrin buna bariz nümunə olduğunu bildirib. Artıq ənənəvi olaraq keçirilən “Koreya səfiri” kuboku bundan sonar da davam edəcəyini vurğulyan qonaq, yarışda iştirak edən idmançılara uğurlar arzulayıb. Quba rayon İcra başçısı Yaşar Məmmədov da çıxışı zamanı qonaqları və idmançıları qədim Quba torpağında salamlayaraq onlara uğurlar arzulayıb.
Turnirin sonunda qalib olan taekvondoçular ATF və Koreya səfirliyinin təsis etdiyi diplom, medal və müxtəlif qiymətli hədiyyələrlı mükafatlandırılıb. İdmançıların mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, Korey Respublikasının səfiri Kim Çanq-gyu və Quba rayon İcra başçısı Yaşar Məmmədov taekvondoçularla xatirə şəkli çəkdirib.
Qeyd edək ki, komanda hesabında birinci yerə 2-qızıl, 2-gümüş və 2 bürünc medulla 2-saylı “Gömrükçü” İ.K., ikinci yerə Sumqayıt, üçüncü yerə Şağan O.İ.K. layiq görüldü. Mükafatçılar sırasında yer alan idmançıların siyahısını təqdim edirik:
Qızlar – 29 kq.
1. Səadət Abbasova – Abşeron.
2. Fidan Cəfərova – Cəbrayıl.
3. Səmra Feyzullayeva – Sumqayıt.
3. Şəbnəm Novruzova – Binəqədi.
Qızlar – 33 kq.
1. Alina Rəfiyeva – Şahdağ T.K.
2. Röya Süleymanova – 2 saylı “Gömrükçü” İ.K.
3. Ayla Bayramlı – Sumqayıt O.İ.K.
3. Gülsüm Həsənzadə – Sumqayıt.
Qızlar – 37 kq.
1. Ofeliya Allahverdiyeva – Göyçay.
2. Mədinə Əlirzayeva – Şahdağ T.K.
3. Nailə Balayeva – Binəqədi.
3. Bərra Gülfəm Çelik – Qafqaz T.K.
Qızlar -41 kq.
1.Zivər Tağıyeva – Sumqayıt.
2. Nərmin Şirinova – Qəbələ T.K.
Qızlar -44 kq.
1. Tülün Ələkbərova – Naxçıvan.
2. Xanımqızı Süleymanova – Binəqədi.
3. Leyla səfərli – Şağan O.İ.K.
Qızlar -51 kq.
1. Aydan Əliyeva – Fateh T.K.
2. Aylin Eynullayeva – Binəqədi.
3. Aytən Məmmədli – Göygöl.
3. Zeynəb Məmmədzadə – Astara.
Qızlar +59 kq.
1. İlahə Quluzadə – Fərasət.
2. Lanara Məhərrəmov – ƏFA.
Oğlanlar -33 kq.
1. Mirhilal Həsənov – 2 saylı “Gömrükçü” İ.K.
2. Xanmurad süleymanov – Zenit
3. Kənan Məmmədov – Sumqayıt O.İ.K.
3.Əli Tağızadə – Lənkəran T.İ.M.
Oğlanlar – 37 kq.
1. Səyyad Dadaşov – Quba.
2. Riyad Şirəliyev – Fərasət.
3. İsmayıl İbrahimov – 18 saylı U.G.İ.M.
3. Vüsal Xanlarov – Xəzər.
Oğlanlar -41 kq.
1. Ramal Hüseynov – Lokomotiv İ.S.M.
2. Yaşar Məmmədli – Göyçay.
3. Fuad Təhməzov – Sumqayıt.
3. Ömər Qasımov – Quba.
Oğlanlar – 45 kq.
1. Pərviz İsfəndərov – Sumqayıt.
2. İlkin Dünyamalıyev – 2 saylı “Gömrükçü” İ.K.
3. Kamil Hüseynov – Tovuz.
3. Hüseyn Abdullazadə – Xəzər.
Oğlanlar -49 kq.
1.Kənan Mahmudov – Abşeron.
2. Anar Babayev – Fərasət.
3. Asim Əlimov – Qusar.
3. Əli İsmayılzadə – Xəzər.
Oğlanlar -53 kq.
1. İlkin Fərzəlizadə – Xəzər.
2. Camal Xasıyev – Binəqədi.
3. Şamil Musayev – Fərasət.
3. Anar İbrahimov – Mübariz T.K.
Oğlanlar – 57 kq.
1. Vüsal Balaqadaşov – Xəzər.
2. Kənan Pirimov – Quba.
3. Əliyar Qədirov – Şağan O.İ.K.
3. Fuad Quliyev – Mübariz T.K.
Oğlanlar – 61 kq.
1. Namiq Hacıyev – 2 saylı “Gömrükçü” İ.K.
2. Orxan Məmmədov – Araz-Şöhrət.
3. Xacaqa Mahmudov – Sumqayıt.
Oğlanlar +65 kq.
1. Aqil İbadov – Fateh T.K.
2. Əhliyar Xanhüseynov – Biləsuvar.