- Baxış sayı: 26
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 38
- Dekabr 01, 2023
- 0
Premyer liqada 16-cı turun “Qarabağ” – “Neftçi” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis nəticəni şərh edib:
“Gərgin oyun oldu. Buna baxmayaraq, bəzi nüanslar var idi. Hava şəraitinin də təsiri oldu. Hər iki komanda epizodlarda ehtiyat edirdi. Hər iki komanda intizamını göstərdi. Bu da çox önəmlidi.
Füzuli Məmmədova uğurlar arzulamaq istəyirəm. Onun bu təyinatına sevindim, işgüzar, tələbkar insandı. Hər iki komanda bu gün 1 xal qazandı. Ədalətli nəticə elə bərabərlik idi”.