- Baxış sayı: 50
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 50
- Sentyabr 29, 2023
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 20-ci turunda “Sabah”a qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, əvvəlcə qələbəni şərh edib:
“Futbolçularımı təbrik edirəm, vacib qələbə idi. Bir az gərginlik, bir az yorğunluq var idi. Hər bir futbolçudan razı qaldım. Komanda get-gedə daha inamlı və güclü oynamağa başlayırdı. İndi fasilə olacaq. Ola bilər ki, futbolçular bu fasilədə əvvəlki formalarından uzaqlaşsın. Əlimizdə olan 5-6 futbolçu ilə 15 günü keçirəcəyik”.