- Baxış sayı: 28
- 20 Sentyabr 2024 10:00
- Baxış sayı: 43
- Sentyabr 19, 2024
- 0
“Güclü yağışın oyunumuza təsir etdiyini deməzdim, istədiyimiz oyun alındı. Düzdür, top itkiləri bir az çox oldu, sürət bir az aşağı idi. Amma digər tərəfdən mübarizə çox oldu. Çox istərdim ki, daha sürətli və baxımlı oyun olsun. Yenə də, gərək bu hava şəraitinə uyğunlaşaq. İlk 45 dəqiqə bir meydançada, ikinci hissəni isə digər meydançada oynadıq”.
Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışı çərçivəsində “Piast”la heç-heçə etdikləri oyundan (1:1) sonra deyib
Qol.az-ın məlumatına görə, o, yağışlı havanın proqramlarına hardasa təsir etdiyini söyləyib: “Amma belə hava şəraiti tək bizim yox, digər klubların da oyunlarına təsir göstərir. Sadəcə, bir az sürət aşağı düşür. O da normaldır”.