- Baxış sayı: 27
- 02 İyun 2023 23:40
- Baxış sayı: 133
- İyun 02, 2023
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 11-ci turunda “Keşlə”yə qarşı oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 1:0 qalib gəldikləri oyundan sonra mətbuat konfransında bunu söyləyib:
“Futbolçularımı təbrik edirəm. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün sonluq aşağı səviyyədə oldu. Amma ümumilikdə oyunu idarə etmək baxımından yaxşı alındı.
Bəlkə də, ən çox qol epizodu yaratdığımız matçlardan biri oldu. Futbolçular 90 dəqiqə topa nəzarəti itirmədilər. “Keşlə”nin yaxşı hücum potensialı olsa da, müdafiədə diqqətli oynadıq”.