- Baxış sayı: 43
- 26 Mart 2023 23:11
- Baxış sayı: 96
- Mart 26, 2023
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün Belçikaya yollanıb. Allsport.az xəbər verir ki, səfərdə məqsəd konfrans liqasının pley-off mərhələsində rəqibi olan “Gent”in oyununa baxmaqdır.
Qurban Qurbanov Belçika çempionatının 20-ci turunda baş tutacaq “Gent” – “Kortreyk” qarşılaşmasını stadionda izləyəcək.
Qeyd edək ki, “Qarabağ” gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.