- Baxış sayı: 25
- 12 Dekabr 2024 13:23
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 1-ci ələməsində “Partizani”yə qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, Tiranada mətbuat konfransında bunu söyləyib:
“Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidi. Bilirik ki, rəqib komandaya yeni baş məşqçi gəlib, yeni sistem var. Bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq.
Bu mərhələdə uduzmağımızı faciə saymaq düzgün deyil. Dünya futbolunda hər şey ola bilər. Önəmli olan səhvlərdən nəticə çıxarmağı bacarmaqdı. Nəticəyə gəlincə, biz burada qələbə qazanmaq istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdi. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar.
Sabah hava isti olacaq, biz bunu fikirləşməli deyilik, hər cür hava şəraitinə hazır olmalıyıq. Əsas işimiz oyuna tam konsentrasiya olmaq və oyun intizamını saxlamaqdı.
Ansi Aqolli bizim komandamızdan yox, ailəmizdən gedib. Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Ansi Aqolli kimi yaxşı insan və futbolçular çox olsun”.