- Baxış sayı: 18
- 17 İyul 2025 18:37
- Baxış sayı: 64
- İyul 14, 2025
- 0
Bu gün “Qarabağ” Gəncədə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qalib komandanın baş məşqçisi Qurban Qurbanov bunu deyib:
“Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazımıydısa, komandam bəlkə artığını etdi.
Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadiondaydılar. “Kəpəz” azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və “Kəpəz”ə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.