Qurban Qurbanov: “Olimpiakos”un yeni baş məşqçi sürətli oyuna üstünlük verir

Oktyabrın 6-sında “Qarabağ” Avropa liqasının “G” qrupunun 3-cü turunda Yunanıstanda “Olimpiakos”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, bu gün Pireydə keçirilən mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Rəqibin adı hər şeyi deyir. “Olimpiakos” güclü klubdur. 2 ardıcıl oyunumuz var. Çalışacağıq ki, qalib gələk. Zədəlilər sağalıb. Həyətdə çatışmamazlıq yoxdur.
Rəqibdə yeni baş məşqçisi var. Onu yaxşı tanıyıram. Sürətli oyuna üstünlük verir. Çempionat matçını izləmişəm. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsız”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish