- Baxış sayı: 74
- 07 Noyabr 2024 23:41
- Baxış sayı: 237
- Noyabr 06, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları İsveçrənin “Yanq Boyz” klubu ilə oyunlar barəsində fikirlərini paylaşıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
“Avrokubokların bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boyz” haqda kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var. Ümumiyyətlə, püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir. Rəqibin oyununu canlı görməmiş dəyərləndirmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibi canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. Yəni indidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.