Qurban Qurbanova ilin “Ən yaxşı məşqçisi” mükafatı təqdim edildi

Dekabrın 16-da Komanda.az-ın sorğusunda ilin məşqçisi seçilən Qurban Qurbanovun mükafatlandırma mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın ilk qanuni mərc saytı olan “ETOPAZ”ın sponsorluğu, “CanSports”un təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin idman ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak edib.

Onların arasında Peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla da olub.

Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ərgün təqdim edib. O, 12-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish