- Baxış sayı: 39
- 09 Noyabr 2025 10:59
- Baxış sayı: 92
- Noyabr 09, 2025
- 0

Perunun paytaxtı Limada keçirilən qran pridə daha bir cüdoçumuz medal qazanıb.
Allsport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Ömər Rəcəbli bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Mixaylo Svidraka qalib gəlib.
Daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) bürünc medal qazanıblar.