- Baxış sayı: 50
- 12 Noyabr 2025 12:28
- Baxış sayı: 289
- Noyabr 13, 2025
- 0

Norveçli Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun final mərhələsinin VIII turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.
Allsport.az xəbər verir ki, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb – 2,5:1,5.
İlk 3 partiya heç-heçə ilə yekunlaşıb. Yalnız sonuncu partiyada Rəcəbov qara fiqurlarla qalibiyyət əldə edib. Məmmədyarov 46-cı gedişdən sonra təslim olub.