- Baxış sayı: 47
- 22 May 2023 10:45
- Baxış sayı: 120
- İyun 02, 2023
- 0
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi ,empionlar turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da bu gün yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Allsport.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz Teymur Rəcəbov bu mərhələdə Maqnus Karlsenlə yenidən üz-üzə gələcək.
Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə 2:2 hesablı heç-heçə edib.
Digər yarımfinal görüşündə isə Uesli So (ABŞ) Yan Nepomnyaşi (Rusiya) ilə qarşılaşacaq.