Rəmzi heyətdə Xviça da var

Sofascore” 2025-ci ilin yekunlarına əsasən, Fransa liqa 1-in rəmzi yığmasını açıqlayıb.

Allsport.az xəbər verir ki, siyahıda il ərzində öz mövqelərində ən yüksək xal toplayan 11 futbolçu yer alıb.

4-3-3 taktiki sxemi ilə tərtib olunmuş rəmzi komandada PSJ-nin gürcü ulduzu Xviça Kvaratsxeliya da yer alıb.

“Sofascore”-un versiyasına görə 2025-ci ilin rəmzi komandası:

Qapıçı: Corce Petroviç (“Strasburq”)

Müdafiəçilər: Adrien Trüffer (“Renn”), Lukas Beraldo (PSJ), Aleşandro (“Lill”), Aron Dönnum (“Tuluza”)

Yarımmüdafiəçilər: Andrey Santos (“Strasburq”), Vitinya (PSJ), Adrien Rabyo (“Marsel”)

Hücumçular: Xviça Kvaratsxeliya (PSJ), Amin Quiri (“Marsel”), Meyson Qrinvud (“Marsel”)

Həmin kateqoriyadan