Rəqib baş məşqçi: 5-6 futbolçu “Olimpiakos”dan kənarlaşdırılmalıdır

“Olimpiakos” bir neçə futbolçu ilə vidalaşacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə Yunanıstan klubunun yeni baş məşqçisi Xose Miçel deyib. O, çoxluğun komandaya mənfi təsir etdiyini söyləyib:

“Bu, həm məşqçi, həm də komadanın özü, həm də futbolçular üçün əngəldir. Ona görə klub prezidentindən xahiş etmişəm ki, qapıçılar istisna olmaqla, məşqlərdə oyunçu sayı 24-dən çox olmasın”.

“Qarabağ” Pirey təmsilçisi ilə ilk görüşünü oktyabrın 6-da səfərdə keçirəcək. Rəqib qrup görüşləri üçün 31 futbolçu sifariş edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish