- Baxış sayı: 63
- 20 İyul 2025 11:02
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçimiz Abdurrəhman Hüseynli (45 kq) baş mükafata sahib çıxıb. Allsport.az saytı xəbər verir ki, o, çıxışını belə dəyərləndirib:
“Çox güclü yarış idi. Bütün rəqiblərim üzərində böyük hesablı qələbə qazandım və bayrağımızı dalğalandırdım. Rəqiblərimdən yaşca kiçik olsam da, çempion olacağıma inanırdım. Çünki çox yüksək səviyyədə hazırlıq keçmişdik.
Bundan sonraki hədəflərim qarşıdan gələn U15 Avropa və U17 dünya çempionatlarında da yüksək nəticə göstərməkdir”.