Rəşad Nəbiyev gənc cüdoçulardan ibarət millini qəbul edib

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, gənclərdən ibarət millini qəbul edib. Allsport.az saytı xəbər verir ki, o, 15-18 sentyabrda Çex Respublikasının paytaxtı Praqada keçirilən Avropa çempionatında qazanılan uğurlara görə onları təbrik edib. Nazir komandamızın fərdi yarışlarda 3 qızıl, 1 gümüş və 1 bürünc medalı və sıralamada gənc oğlanların 1-ci yer tutmasını yüksək dəyərləndirib.

Rəşad Nəbiyev bildirib ki, Azərbaycan cüdo tarixində ilk dəfədir ki, gənclərin Avropa çempionatında qarışıq komanda yarışında medal əldə edilib. O, ilin əvvəlindən etibarən Azərbaycan milli yığmalarının qatıldıqları bütün komanda yarışlarında medal qazanmalarının Azərbaycanda cüdonun inkişaf səviyyəsinin önəmli göstəricisi olduğunu vurğulayıb.

ACF prezidenti qeyd edib ki, bütün bu nəticələr ölkə rəhbərliyinin idmana, o cümlədən cüdoya olan qayğısı və dəstəyi nəticəsində əldə edilib. O, gənc cüdoçulara özlərini tək idmançı kimi deyil, həm də layiqli vətəndaş kimi yetişdirmələri üçün tövsiyələrini verib, təhsillərinə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish