- Baxış sayı: 33
- 10 İyul 2025 22:05
- Baxış sayı: 181
- İyul 10, 2025
- 0
Azərbaycan kubokunun 1/4 finalında keçirilən “Zirə” – “Neftçi” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, iki görüşün nəticəsinə görə 1:0 üstün olaraq növbəti mərhələyə yüksələn qəsəbə təmsilçisinin çalışdırıcısı matçı belə dəyərləndirib:
“Futbolçularımı ürəkdən təbrik edirəm. Kubok oyunları bir az fərqli keçir. Bu matçlarda komandalar daha çox nəticə üçün oynayır. İlk matçdan sonra üstünlük bizdə idi. Oyunu mərkəzdə aparmaq istəyirdik. İkinci hissədə rəqib sistemini dəyişdi və təhlükəli hücumları oldu. Biz də sistemi dəyişəndən sonra oyun düzəldi. Bu gün inamlı mübarizə aparıb, üstünlüyümüzü dəyərləndirmək bizim üçün çox vacib idi”.