- Baxış sayı: 34
- 10 Oktyabr 2024 17:17
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Yüngül çəki dərəcəsində çıxış edən qarışıq döyüş növləri üzrə azərbaycanlı idmançı Rafael Fiziyev hazırkı divizion çempionu İslam Maxaçovun zəif tərəfləri barədə fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, Fiziyev deyib:
“Maxaçev tək yumruqla da, 2 yumruqla da yaxşı hücum edir. Lakin uzun müddət ancaq əlləri ilə vurursa, özünü etibarsız hiss edir. Əgər özünüzü güvənsiz hiss edirsinizsə, deməli, bu problemdir”.
İslam Maxaçov sonuncu döyüşünü fevralda Avstraliyada UFC-284 turnirində keçirib. Rusiyalı döyüşçü yekdil qərarla Aleks Volkanovskini məğlub edib və yüngül çəkidə titulunu qoruyub.
Rafael Fiziyev martın 18-də UFC-286-da Castin Keyci ilə döyüşəcək.