- Baxış sayı: 41
- 25 Aprel 2025 23:23
- Baxış sayı: 79
- Aprel 25, 2025
- 0
“Barselona”nın futbolçusu Rafinya çempionlar liqasının bir mövsümündə ən çox qol vuran braziliyalı olub.
Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu buna 1/8 final mərhələsinin “Benfika” ilə cavab oyununda vurduğu iki qolla nail olub.
Rafinya 11 qolla həmvətənlilərindən Rivaldo (1999/2000), Neymar Junior (2014/15), Rikardo Kaka (2006/07), Roberto Firmino (2017/18) və Mario Jardelin (1999/2000) 10 qolluq rekordunu vurub.
Barselonadaki Olimpiya stadionunda keçirilən oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisi ümumi hesabda 4:1 öndə olmaqla 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Rafinya cari mövsümdə meydana çıxdığı 42 matçda 27 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.