- Baxış sayı: 26
- 31 May 2023 21:25
- Baxış sayı: 142
- May 30, 2023
- 0
Allsport.az xəbər verir ki, Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyun haqqında danışıb:
“İlk dəfə qarşımızda favorit olacağımız 2 oyun var. Bu cür matçlarda oyuna hakim olmaq və nəzarət etmək, hətta topa sahib olduğumuz zaman da rəqiblərimizə real təzyiq göstərmək iqtidarında olduğumuzu göstərməliyik. Komandamız indi növbəti addımı atmalıdır. Mən əminəm ki, biz də bunu edə bilərik”.