- Baxış sayı: 23
- 13 Noyabr 2025 14:37
- Baxış sayı: 164
- Noyabr 13, 2025
- 0

Allsport.az xəbər verir ki, transfer çalışmalarını davam etdirən Qəbələ təmsilçisi heyətinə daha bir futbolçu qatıb.
“Qırmızı-qaralar” Rauf Hüseynlinin keçidini gerçəkləşdirib. 23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Raufun son klubu “Şamaxı” olub. Karyerasına “Qarabağ”da başlayan futbolçu “Zirə”də də forma geyinib.
Hüseynli Azərbaycan yığmalarında da çıxış edib. O, ölkəmizin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.