Rauf Məmmədov: “Cıdır düzündə insan özünü fərqli hiss edir”

3-qat Avropa çempionu Rauf Məmmədov, Şuşada keçirilən beynəlxalq yarışdan söz açıb. Allsport.az saytı xəbər verir ki, o, ekskursiya zamanı şəhərə valeh olduğunu qeyd edib:

“Şuşada bütün tarixi məkanları görmək istəyirdim. Cıdır düzündə olmaq arzularımdan biri idi. Cıdır düzündə insan özünü fərqli hiss edir. 40-a yaxın ölkədə olmuşam, belə təbiət görməmişəm. Şuşa çox gözəldir, şəhər insanı valeh edir”.

Şahmatçı Şuşa turnirinin ənənəvi olmasını arzuladığını deyib: “Şuşada şahmat turnirinin hər il keçirilməsi yaxşı olardı. Əlbəttə bu təşkilatçılardan asılıdır. Amma şahmatçı kimi Şuşada yarışmaq çox gözəl hisslərdi. Növbəti illərdə tanınmış şahmatçıları Şuşada görmək istərdim. Dünya çempionu Maqnus Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish