- Baxış sayı: 47
- 07 Noyabr 2025 20:22
- Baxış sayı: 57
- Noyabr 09, 2025
- 0

Allsport.az xəbər verir ki, amerikalı boksçu Rayan Qarsiya öz məşqçisi Co Qussen ilə əməkdaşlığına son qoyub. Döyüşçü öz sosial şəbəkə səhifələrində bunu təsdiqləyib.
Aprelin sonunda Qarsiya 2 çəki dərəcəsində dünya çempionu və həmyerlisi Cervonte Devisə 7-ci raundda nokautla məğlub olub. Bu, onun karyerasında ilk məğlubiyyətdir.
Görüşdən sonra məlum olub ki, Qarsiya məşq zamanı qabırğasından zədə alıb.