“Real Betis”ə keçə bilər

Federiko Kyeza “Liverpul”dan ayrılmağa hazırlaşır.

Allsport.az xəbər verir ki, 27 yaşlı hücumçu “Real Betis”ə keçməyi nəzərdən keçirir.

İtaliyalı futbolçunun ətrafı İspaniya klubundakı ab-havanı və onun səviyyəli oyunçularına meydanda özlərini sübut etmək imkanlarını yüksək qiymətləndirir.

Hesab olunur ki, bu, Federikonun karyerasını davam etdirməsi üçün ideal yer ola bilər.

Hələlik rəsmi danışıqlar aparılmayıb.

Həmin kateqoriyadan