”Real Madrid”lə 5 illik sözləşmə bağlayacaq

“Real Madrid” “Bornmut”un müdafiəçisi Din Höysenlə razılıq əldə edib. 

Allsport.az xəbər verir ki, “kral klubu” 20 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalayacaq. Madrid təmsilçisi ispan oyunçuya görə qarşı tərəfə 50 milyon funt sterlinq ödəyəcək. 

Höysen cari mövsüm ərzində 34 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan