- Baxış sayı: 17
- 25 Yanvar 2026 13:20
- Baxış sayı: 178
- Yanvar 22, 2026
- 0

“Real Sosyedad” baş məşqçi postuna yeni təyinatı rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, San-Sebastyan təmsilçisini bundan sonra amerikalı mütəxəssis Pelleqrino Mataratsso çalışdıracaq. 48 yaşlı məşqçi bu vəzifədə bir müddət əvvəl istefaya göndərilmiş Serxio Fransiskonu əvəzləyib.
Mataratsso buna qədər Almaniya bundesliqasında zəngin təcrübə toplayıb. O, “Hoffenhaym” və “Ştutqart” klublarındakı fəaliyyəti ilə tanınır.