- Baxış sayı: 41
- 19 Mart 2025 19:26
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
Avstriyanın “Red Bull Powertrains” konserni tərəfindən 2026-cı il mövsümü üçün hazırlanan yeni “Red Bull” enerji bloku nə etibarlılıq, nə də performans tələblərinə cavab vermir.
Allsport.az xəbər verir ki, bu barədə İtaliyanın “Autosprint” nəşrinin insayderləri məlumat yayıb.
Jurnalist Paolo Filisetti məqaləsində yazıb: “Şayələrə görə, “Red Bull Powertrains” tərəfindən hazırlanmış güc bloku hazırda etibarsızdır və performansı yoxdur”.
Belə ki, 2026-cı ildən, yeni texniki reqlamentə əsasən ilk mövsümdən istifadə olunacaq yeni “Red Bull” mühərrikləri əsas tələblərə cavab vermir ki, bu da Maks Verstappenlə son dörd fərdi titul qazanmış komandanın performansının kəskin şəkildə aşağı düşməsinə səbəb ola bilər.