“Red Bull Qaçaqaç”ın qalibləri

Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan “Red Bull Qaçaqaç” sona çatıb. Allsport.az xəbər verir ki, 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəlib.

“Şahdağ” turizm mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.

“Dongfeng” brendinin dəstəyi ilə keçirilən yarışda 5 qalib müəyyən olunub:

Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva
Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov
Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli
Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov
Ən kreativ geyim qalibi – Evgeniy Borordin

Qaliblər 500 AZN pul mükafatı, “Red Bull” eynəyi və “Şahdağ” turizm mərkəzindən müxtəlif hədiyyələr qazanıb. Ən sürətli snoubordçu və xizəkçilər “Sport System” mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə edib.

Tədbir boyunca qonaqlar xüsusi olaraq ayrılmış “Dongfeng Lounge” zonasında istirahət edərək əyləncəli vaxt keçiriblər. Eyni zamanda, onlara “Dongfeng” avtomobili ilə yaxından tanış olmaq imkanı yaradılıb.

“Red Bull Qaçaqaç” yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.

Həmin kateqoriyadan