- Baxış sayı: 35
- 11 Oktyabr 2024 13:28
- Baxış sayı: 97
- Oktyabr 10, 2024
- 0
“Red Bull araba yarışı” (“Red Bull Soapbox Race”) 8 illik fasilədən sonra, 22 sentyabrda Heydər Əliyev mərkəzinin qarşısında növbəti dəfə keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu, ölkəmizdə baş tutacaq sayca 2-ci yarışdır. Azarkeşlər üçün giriş sərbəstdir.
İştirak edəcək 22 komandanın hər biri yarışa özünün layihələndirdiyi və istehsal etdiyi araba ilə qatılır. Çəkisi 80 kq-dan çox olmayan arabalar startdan ancaq iştirakçıların gücü ilə hərəkətə gətirilə bilər – bundan sonra isə inersiya və ekipajın ustalığı işə yola düşüb idarə ediləcək. Startdan öncə hər komanda hazırladığı səhnəciyi ilə çıxış edəcək. Səhnəciyi və qurğunun yaradıcılığını münsiflər heyəti qiymətləndirəcək.
Yarışın münsifləri arasında ölkənin məşhur simaları olacaq: Sənan Şəfizadə – tanınmış teleaparıcı və idman jurnalisti; Tural Yusifov – radio aparıcı; Orxan Kərimov – “Endorphin” reklam agentliyinin və “Kreativ Skul”un təsisçisi və tanınmış müğənilər Hiss və Dilarə Kazımova. “Red Bull Soapbox Race” tədbiri Heydər Əliyev mərkəzinin və Azərbaycan avtomobil federasiyasının dəstəyi ilə keçirilir.
Əlavə olaraq, tamaşaçıların və iştirakçıların əyləncəli həftə sonu keçirməsi üçün tədbir ərazisində 15-dən çox müxtəlif oyunlar, face art, keyterinq və müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, təşkilatçılar bu ilin ən çılğın və əyləncəli tədbiri üçün sizi 22 sentyabr saat 14:00-da Heydər Əliyev Mərkəzinin qarşısında gözləyirlər!