“Red Bul”un pilotu evdə yenə 1-ci

Bu gün Avstriyanın Şpilberq qəsəbəsində Formula-1 dünya çempionatının 9-cu mərhələsi sona yetib. Allsport.az saytı xəbər verir ki, 4318 metrlik “Red Bul” trasında pilotlar 71 dövrə vurublar.

Eyni məkanda ötən yarışda finişə 1-ci çatan “Red Bul”un niderlandlı sürücüsü Maks Ferstappen, bu dəfə də qalib olub.

“Mersedes”dən Valteri Bottas 2-ci, “Maklaren”in pilotu Lando Norris 3-cü yer tutub.

Növbəti ötüşmə 2 həftə sonra Böyük Britanitada olacaq. Pilotlar 5891 metrlik Silverstoun trasında 52 dövrə vuracaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish