Referimiz ÇL oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti dəfə Avropa voleybol konfederasiyasından təyinat alıb. Allsport.az xəbər verir ki, o, Türkiyədə kişilərdən ibarət “Halkbank Ankara” və Bolqarıstanın “Hebar Pazardzhik” komandaları arasında keçiriləcək çempionlar liqasının B qrupunun oyununu idarə edəcək.

Qarşılaşmada ikinci dərəcəli referisi fransalı Chantal Kaiser olacaq.

Görüş yanvarın 25-də Ankarada gerçəkləşəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish