- Baxış sayı: 78
- 18 Mart 2023 11:59
- Baxış sayı: 25
- Mart 20, 2023
- 0
Bakı şəhər gənclər və idman baş idarəsi və “Grand Master” şahmat klubunun təşkilatçılığı ilə 28 May – Respublika gününə blits üzrə onlayn turnir keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, 9 turdan ibarət olan yarış İsveçrə sistemi üzrə olacaq. Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir.
Turnir “Lichess.org” şahmat platforması vasitəsilə keçiriləcək. Qaliblər BŞGİBİ tərəfindən diplom və medallarla təltif olunacaqlar.