Revanşın rəsmi tarixi bilindi

WBC, WBA və WBO versiyaları üzrə ağır çəki dərəcəsində çempion Aleksandr Usik iyulun 19-da İBF çempionu Daniel Dübua ilə revanş döyüşü keçirəcək.

Allsport.az xəbər verir ki, qarşılaşma Uembli stadionunda baş tutacaq.

“Söhbət bitdi. Bu dəfə hər şey hazırdır. Mübahisəsiz ağır çəkililər arasında tac”, – deyə Usik bidirib.

2023-cü ildə tərəflər arasında təşkil olunan döyüşdə Usik doqquzuncu raundda nokautla qələbə qazanıb.

Həmin kateqoriyadan