- Baxış sayı: 34
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 24
- Oktyabr 10, 2024
- 0
Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” 2-ci günü 2 məşqlə başa vurub. Allsport.az saytı xəbər verir ki, günün ilk məşqi fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
Digəri yaşıl meydançada baş tutub və təxminən 1 saat 10 dəqiqə çəkib. Yağışlı hava şəraitində keçən çalışmada futbolçular fiziki təmrinlərin ardından toplu çalışmaları yerinə yetirib.
“Qarabağ”ın yeni transferi Reynaldo Silva da komandaya qoşulub.