Reyndersin əvəzedicisi “Valensiya”da

“Valensiya” yarımmüdafiəçi Xavier Qerranı satmağa hazırdır.

Allsport.az xəbər verir ki, bu, la liqa təmsilçisinin 22 yaşlı futbolçusu ilə müqaviləni yeniləyə bilməməsinə görədir.

İspan oyunçuya “Milan” maraq göstərir. “Rossoneri”lər Xavieri “Mançester Siti”yə satılan Ticani Reyndersin əvəzedicisi kimi nəzərdən keçirir.

Qerra ötən mövsüm la liqada 36 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan