- Baxış sayı: 67
- 07 Sentyabr 2024 13:14
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Azərbaycanın milli komandası və “Synergy Baku” kontinental klubunun üzvü Maksim Averinin qanında qəbulu qadağan edilmiş meldonium preparatının tapılması ilə bağlı xəbər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən böyük narahatlıqla qarşılanıb.
Allsport.az saytı xəbər verir ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) və Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən adı çəkilən preparatın idmançının orqanizminə hansı şəraitdə düşməsi ilə bağlı araşdırılma aparıldığı müddətdə, o, yığma komandadan və klubdan kənarlaşdırılıb. İdmançı ilə bağlı yekun qərar araşdırmalar başa çatdıqdan sonra veriləcək.