- Baxış sayı: 28
- 17 İyun 2025 20:33
- Baxış sayı: 90
- İyun 17, 2025
- 0
Bakı idman sarayında 3×3 basketbol üzrə qadın liqasında 2-ci mərhələnin oyunları keçirilib. Allsport.az xəbər verir ki, final oyununda RİOEUGİM-2 komandası 19:13 hesabı ilə “Azstars”a qalib gələrək mərhələnin qalibi olub.
Final oyunun ən dəyərli basketbolçusu (MVP) RİOEUGİM-2-dən Leyla Allahverdiyeva seçilib. Qalib komandaya mükafatları Azərbaycan basketbol federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.
Liqanın turnir cədvəlinə əsasən yekunda ilk 6 pilləni tutmuş komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.