- Baxış sayı: 74
- 07 Noyabr 2024 23:41
- Baxış sayı: 238
- Noyabr 06, 2024
- 0
Sabah Avropa liqasının 2-ci təsnifatında “Arsenal” – “Neftçi” oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün görüş öncəsi baş məşqçimiz Roberto Bordin mətbuat konfransında bunu deyib:
“Ciddi rəqiblə qarşılaşacağıq. “Arsenal”ın Rusiya çempionatında son 2 matçını izləmişik. Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var. Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq sabahkı oyuna hazır olacağıq. Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı.Əvvəl də dediyim kimi, “Arsenal” güclü komandadır və hazırda çox yaxşı formadadır.
Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, sabah şanslarımızdan istifadə etməyə çalışacağıq. Təbii ki, çətin olacaq. Həm də “Arsenal”ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm. Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaqla və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə də olacaq. “Neftçi” tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir. Düşünmürəm ki, sabah yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq”.