- Baxış sayı: 34
- 18 İyul 2025 22:16
- Baxış sayı: 163
- İyul 17, 2025
- 0
“Real Madrid” rəhbərliyi və baş məşqçi Xabi Alonso hücumçu Rodriqonun bu yay klubdan getməsinə qarşı deyil.
Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçu 53 gün sonra “Real”ın heyətində ilk dəfə klublararası dünya çempionatının açılış matçında iştirak edib (18 iyunda “Əl-Hilal”la 1:1 hesablı heç-heçə etmişdi). Lakin sonradan o, üç oyunda cəmi 23 dəqiqə oynadı.
Rodriqo ötən mövsümün sonunda sabiq çalışdırıcı Karlo Ançelottinin rəhbərliyi altında da nadir hallarda oynayırdı. Braziliyalının atası və agenti Erik Qoes oğlunun bəzən Kilyan Mbappe, Vinisius Junior və Cud Bellingemdən ibarət ulduz üçlüyünün kölgəsində qaldığı üçün şikayətlənirdi.
Yekun qərar yeni baş məşqçinin öhdəsinə buraxılıb və klublararası dünya çempionatı öncəsi komandanın başına keçən Alonso, uyğun təklif gəlsə, futbolçunun gedişinə mane olmamaq qərarına gəlib.
Rodriqo ilə “Arsenal” maraqlanır. Son həftələrdə londonlular futbolçunun nümayəndələri ilə ilkin danışıqlar apararaq, braziliyalının transfer ehtimalını dəyərləndiriblər.