- Baxış sayı: 21
- 29 Sentyabr 2023 20:29
- Baxış sayı: 135
- Sentyabr 29, 2023
- 0
Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı Kriştianu Ronaldunun DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarına hazır olduğunu deyib. Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Yuventus”un çempionlar liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra Ronaldunun tənqidlərə məruz qalmasından da danışıb.
O, bu durumun milliyə mənfi təsirinin mümkünlüyünə dair suala cavabında təcrübəli oyunçunun həmişə yüksək motivasiyada olduğunu deyib:
“Kriştianu Ronaldu həmişə yüksək motivasiyadadır. Söhbət az, yaxud çox qol vurmaqdan getmir. Mən əminəm ki, o, millinin uğurları üçün qarşıdakı görüşlərə də həmişəki iddia ilə gələcək”.
Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü Azərbaycan, martın 27-də Belqradda Serbiya, martın 30-da isə səfərdə Lüksemburqla qarşılaşacaq.