- Baxış sayı: 26
- 31 May 2023 21:25
- Baxış sayı: 138
- May 30, 2023
- 0
Allsport.az xəbər verir ki, Kriştianu Ronaldu Portuqaliya millisindəki dəyişikliklərdən danışıb.
“Dəyişikliklərin özü bizim üçün müsbət haldır. Təmiz hava, yeni fikirlər. Çox müxtəlif oyunçular var, bəlkə də sistem dəyişəcək, komandada yaşadıqlarımız çox müsbətdir. Xüsusi və müsbət bir şey hiss edirik.
Komandanın intensivliyi çox yaxşıdır, əvvəlki kimi deyil. Əminəm ki, milli komanda nə olursa olsun, hazır olacaq. Əminəm ki, Portuqaliya daha hücumameyilli komanda olacaq.
Ən çox diqqətimi çəkən dinamikadır – komanda daim hərəkətdədir, dayanacaqlar çox deyil. Mən gənclərdən çox şey öyrənirəm, yeni nəslin də həmişə öyrənməli olduğu bir şey var. Ən yaşlı mən olduğum üçün – Pepe burada yoxdur – onlara nəsə aşılamağa çalışıram. Mən həmişə kömək etməyə hazıram” deyib.