Ronaldu öz rekordunu yenilədi

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu millinin heyətində vurduğu qolların sayına görə dünya rekordunu yeniləyib.

Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu millətlər liqasının yarımfinalında Almaniya ilə qarşılaşmada (2:1) Portuqaliya seçməsinin heyətində 137-ci qolunu vurub.

Milli komandaların bombardiri siyahısında ikinci yerdə argentinalı hücumçu Lionel Messi (112 qol) qərarlaşıb.

Həmin kateqoriyadan