- Baxış sayı: 40
- 06 Oktyabr 2024 10:17
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
Bu gün Macarıstan paytaxtı Budapeştdə beynəlxalq cüdo federasiyasının konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, icraiyyə komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər. Ölkəmiz konqresdə ACF-in baş katibi Elmar Babanlı ilə təmsil olunub.
İlk olaraq BCF-in prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib.
Həmçinin BCF nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Marius Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib. Sonra o, növbəti 4 il ərzində işləyəcəyi icraiyyə komitəsi üzvlərinin siyahısını konqres iştirakçılarının diqqətinə çatdırıb.
ACF-in prezidenti Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə icraiyyə komitəsinə üzv seçilib. Sonda BCF-nin prezidenti Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.