650 minlik təklif alan irlandiyalı mütəxəssis Elxan Məmmədova şərt qoydu

AFFA millinin baş məşqçiliyinə namizəd olan “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinlə danışıqları davam etdirir. Allsport.az “independent” nəşrində istinadla xəbər verir ki, bizimkilər irlandiyalı mütəxəssisə illik 650 min avro məvacib təklif edib. O, “ay-ulduzlular”ımızı çalışdıracağı halda, Azərbaycanda yaşamaq istəmədiyini bildirib.

Bu səbəbdən danışıqlar uğursuz alına bilər. Əgər Kin burda yaşamağı qəbul etsə, tərəflər razılığa gələcək. Kin baş məşqçiliyə 2006-cı ildə “Sanderlend”i çalışdırmaqla başlayıb. 48 yaşlı mütəxəssis 2009-2011-ci illərdə “İpsviç” klubunu çalışdırıb.

Veteran futbolçu İrlandiya millisində, “Aston Villa” və “Nottingem Forest” klublarında köməkçi məşqçi olub. Kin 2019-cu ildən “Sky Sports”da ekspert çalışır.

Yığmamızın baş məşçqi axtarışı ilə AFFA-nın vitse-prezidenti və baş katibi Elxan Məmmədov məşğul olur.

Həmin kateqoriyadan