- Baxış sayı: 29
- 18 May 2025 23:48
- Baxış sayı: 121
- May 18, 2025
- 0
ABŞ 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun komandası “Finiks Rayzinq” evdə “Oranj Kaunti”yə 1:0 hesabı ilə qalib gəlib.
90 dəqiqə meydanda olan Dadaşov matçda yeganə qolun müəllifi olub. Rüfət bu mövsüm vurduğu qolları sayını 11-ə çatdırıb.
“Finiks Rayzinq” hazırda 29 xalla B qrupunda liderdir.