- Baxış sayı: 40
- 29 Noyabr 2024 16:48
- Baxış sayı: 42
- Dekabr 01, 2024
- 0
Beynəlxalq tennis assosiasiyası (LTA) Rusiya və Belarus təmsilçilərinin “Uimbldon 2023″ə neytral statusda buraxılacağını elan edib.
Allsport.az xəbər verir ki, bu halda idmançılardan neytrallıq bəyannaməsi imzalaması tələb olunacaq.
“Ukrayna ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bununla belə, keçən il Rusiya və Belarus tennisçiləri neytral statusda oynadılar. Bu faktları nəzərə alaraq, biz qərara gəldik ki, 2023-cü ildə keçiriləcək tədbirlərimizdə iştirak etmək istəyən bütün rusiyalı və belaruslu oyunçular və onların komanda üzvlərindən neytrallıq bəyannaməsi imzalamaları tələb olunsun. Bu, Böyük Britaniya hökumətinin rəhbərliyinə uyğundur. Neytrallıq bəyannaməsinə əməl olunmasına nəzarət ediləcək. Həmçinin Rusiya, Belarusiya və ya Ukraynadakı döyüşlərə dəstək üçün bayraqlar, simvollar və digər atributlardan istifadə etmək qadağandır” – deyə bildirilib.